...

Azərbaycanlı diplomatlar Amerika Yəhudi Komitəsinin forumunda iştirak ediblər

Siyasət Materials 29 Aprel 2011 14:36 (UTC +04:00)
Azərbaycanlı diplomatlar Amerika Yəhudi Komitəsinin (AYK) illik forumunda iştirak ediblər. Bu barədə Trend-ə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan bildirilib.
Azərbaycanlı diplomatlar Amerika Yəhudi Komitəsinin forumunda iştirak ediblər

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı diplomatlar Amerika Yəhudi Komitəsinin (AYK) illik forumunda iştirak ediblər. Bu barədə Trend-ə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan bildirilib.

ABŞ-dakı bu aparıcı yəhudi təşkilatının illik konfransı çərçivəsində Vaşinqtonda azərbaycanlı qonaqların şərəfinə şam yeməyi verilib. Azərbaycan cəmiyyətindəki möhkəm tolerantlıq ənənələri və ölkə rəhbərliyinin mədəniyyətlərarası dialoqun intensivləşdirilməsi üzrə siyasəti müzakirə edilib.

Azərbaycan və yəhudi xalqları, eləcə də Azərbaycan Respublikası ilə İsrail dövləti arasındakı xoş münasibətlər xüsusi qeyd olunub. Müzakirələrdə AYK liderləri və fəalları, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları və Azərbaycandan köçüb ABŞ-da yaşayan dağ yəhudiləri icmasının nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti