...

"İKT Gənclər Forumu haqqında" qətnamə layihəsi qəbul edilib

Siyasət Materials 2 May 2011 11:41 (UTC +04:00)
İslam Konfransı Təşkilatının (İKT) İqtisadi, mədəni və sosial məsələlər komissiyasının 34-cü sessiyasında "İKT Gənclər Forumu haqqında" qətnamə layihəsi yekdilliklə qəbul edilib.
"İKT Gənclər Forumu haqqında" qətnamə layihəsi qəbul edilib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/

İslam Konfransı Təşkilatının (İKT) İqtisadi, mədəni və sosial məsələlər komissiyasının 34-cü sessiyasında "İKT Gənclər Forumu haqqında" qətnamə layihəsi yekdilliklə qəbul edilib. Trend-in məlumatına görə, bu barədə İKT Gənclər Forumunun İstanbuldakı mənzil-qərargahından verilən məlumatda deyilir. Sessiya ötən həftə Ciddədə keçirilib.

Komissiyanın illik sessiyasında yüksək rəsmi şəxslər səviyyəsində İKT ölkələri xarici işlər nazirləri sessiyasının gündəliyinə daxil ediləcək sənədlər müzakirə olunur.

Bu il İKT XİN Şurasının sessiyası iyunun sonunda Qazaxıstanın paytaxtında keçiriləcək.

"Qətnamənin əsas maddələrindən biri "ХХ əsrdə İKT ölkələrinin ictimai faciələrinin anım günü proqramı" çərçivəsində "Xocalıya ədalət" beynəlxalq kampaniyasına həsr edilib", - İKT Gənclər Forumunun baş katibi, İKT GF nümayəndə heyətinin rəhbəri, səfir Elşad İsgəndərov bildirib.

Qətnamə təşkilata üzv ölkələri, eləcə də İKT institutlarını həm milli, həm də beynəlxalq səviyyələrdə "Xocalıya ədalət" kampaniyasını dəstəkləməyə və Xocalı soyqırımının tanınmasında öz səylərini gücləndirməyə çağırır.

Qətnamədə BMT-nin Sivilizasiyalar Alyansı (SA) prosesində gənclərin rolunun gücləndirilməsində Forumun fəaliyyəti yüksək qiymətləndirilir. Eləcə də SA Qlobal Gənclər Hərəkatının yaradılmasında İKT Gənclər Forumunun fəaliyyətinə yüksək qiymət verilir. Qəbul edilən sənəddə BMT-nin SA proqramı sahəsində beynəlxalq layihələrin yerinə yetirilməsində İKT-nin tərəfdaşı kimi İKT Gənclər Forumunun rolunun vacibliyi haqqında bənd yer alıb.

Xəbər lenti

Xəbər lenti