...

Prezident İlham Əliyev İmişli rayonuna gəlib (FOTO)

Siyasət Materials 5 May 2011 19:12 (UTC +04:00)
Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Saatlıya səfərini başa çatdıraraq İmişli rayonuna gəlib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Prezident İlham Əliyev İmişli rayonuna gəlib (FOTO)

Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Saatlıya səfərini başa çatdıraraq İmişli rayonuna gəlib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin İmişli şəhərinin mərkəzindəki mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılıb və park salınıb. Burada rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.

FOTO - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti