...

Azərbaycanın fövqəladə hallar naziri polşalı diplomatı qəbul edib

Siyasət Materials 6 May 2011 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov cümə günü Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labendanı qəbul edib. Trend-in məlumatına görə, bu barədə FHN-nin rəsmi internet saytı məlumat yayıb.

Görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən lahiyələr barədə ətraflı məlumat verib. O, həmçinin, fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Səfir də öz növbəsində, hər iki dövlətin müvafiq qurumları arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini qeyd etmişdir.

Xəbər lenti

Xəbər lenti