...

"Heydər zirvəsi"nə yürüş iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər (FOTO)

Siyasət Materials 7 May 2011 13:44 (UTC +04:00)
Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə təşkil olunmuş növbəti yürüşün iştirakçıları şənbə günü Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad edib, daha sonra "Heydər zirvəsi"nə yola düşüblər.
"Heydər zirvəsi"nə yürüş iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə təşkil olunmuş növbəti yürüşün iştirakçıları şənbə günü Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad edib, daha sonra "Heydər zirvəsi"nə yola düşüblər. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş yürüşə tanınmış təcrübəli alpinist Saridan Mursaqulov rəhbərlik edir. Bu yürüşə federasiyanın nəzdində yaradılmış 15-dək klubun fəalları, o cümlədən respublikamızın müxtəlif təşkilat və ali məktəblərindən 130 nəfərədək könüllü də qoşulub.

Ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə təşkil olunan yürüş artıq ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir ki, bu da ulu öndərin xatirəsinə xalqımızın böyük ehtiramının parlaq nümunəsidir.

Xəbər lenti

Xəbər lenti