Azərbaycan, Bakı, 9 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Mərkəzi Seçki Komissiyası yenilənmiş seçici siyahısını mayın 20-dək elan edəcək. Bu barədə bazar ertəsi Trend-ə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, hazırda seçici siyahıları üzərində iş gedir.
Bundan əvvəlki seçici siyahısı ötən ilin mayında elan olunmuşdu. Ötənilki məlumata görə, ölkədə daimi yaşayan seçicilərin sayı 4 milyon 829 min nəfər təşkil edirdi.