...

Ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü Qahirə şəhərində qeyd edilib

Siyasət Materials 10 May 2011 17:44 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar Qahirə şəhərində mərasim keçirilib.
Ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü Qahirə şəhərində qeyd edilib

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar Qahirə şəhərində mərasim keçirilib.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri, Misirdə təhsil alan azərbaycanlı tələbələr, yerli ictimai-siyasi xadimlər və elm adamları iştirak ediblər.

Mərasim çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şanlı həyat yoluna nəzər salınıb.

Müasir Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğu və onun öz həyatını Azərbaycanın çiçəklənməsi və inkişafına həsr etdiyi qeyd olunub.

Müasir Azərbaycan tarixində Heydər Əliyevin xüsusi rolu və çəkisi olduğu nəzərə çatdırılıb, ümummilli liderin dövlət təhlükəsizlik orqanları, Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi, SSRİ MK-nın Siyasi bürosunun üzvü və SSRİ Baş nazirinin müavini və nəhayət müstəqil Azərbaycanın Prezidenti vəzifəsində çalışdığı müddətdə gördüyü misilsiz xidmətlərdən danışılıb.

Heydər Əliyev dühasının və irsinin əbədi olaraq Azərbaycan xalqının yaddaşında xoş xatirələrlə qalacağı vurğulanıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir anlıq sükutla yad edilib.

Mərasim Azərbaycanın əməkdar artisti, Bakı və Qahirə konservatoriyalarının professoru, fortepiano ustası Arzu Ələsgərovun ifasında klassik Azərbaycan musiqi konserti ilə davam edib.

Səfirliyin əməkdaşları və Misirin Qəlyubiyyə vilayətinin rəhbərliyinin iştirakı ilə Qanatra şəhərindəki Azərbaycan-Misir Dostluq parkında yerləşən Heydər Əliyevin büstü ziyarət edilib və abidənin önünə əklil və gül dəstələri qoyulub.

Xəbər lenti

Xəbər lenti