...

Gürcüstanın müdafiə naziri Bakıda rəsmi səfərdədir

Siyasət Materials 16 May 2011 11:04 (UTC +04:00)
Gürcüstanın müdafiə naziri Baço Axalaya Bakıda rəsmi səfərdədir.
Gürcüstanın müdafiə naziri Bakıda rəsmi səfərdədir

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir S.Ağayeva/

Gürcüstanın müdafiə naziri Baço Axalaya Bakıda rəsmi səfərdədir. Bu barədə Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Gürcüstanın müdafiə naziri bazar ertəsi səhər Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

Axalaya səfəri zamanı azərbaycanlı həmkarı Səfər Əbiyevlə danışıqlar aparacaq. Onun ölkə rəhbərliyi ilə görüşəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti