...

RF Prezidenti ikinci Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciət edib

Siyasət Materials 18 May 2011 12:55 (UTC +04:00)
Rusiya Prezidenti "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" ikinci Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciət edib.
RF Prezidenti ikinci Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciət edib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

Rusiya Prezidenti "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" ikinci Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciət edib.

"Sizi Həştərxanda Rusiya və Azərbaycanın dövlət hakimiyyəti, biznes və ictimai daiərələrini ikinci dəfə bir araya toplayan regionlararası forumda salamlayıram", - Rusiya Prezidenti Dmitri Medvedevin Kremlin saytında dərc olunmuş müraciətində deyilir.

"Qarşınızda ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə etmək, sərhədyanı ticarət, energetika və nəqliyyat, informasiya və kommunikasiya sahələrində perspektivli layihələri nəzərdən keçirmək durur. Gündəlikdə Rusiya-Azərbaycanın təhsil, elmi və mədəni əlaqələrinin gələcəkdə dərinləşməsinə geniş yer ayrılması vacibdir. Ümid edirəm ki, forumun keçirilməsi ölkələr arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək, görüşləriniz ənənəyə çevriləcək və yeni tələbli təəbbüslərin hazırlanmasına xidmət edəcək", - təbrik məktubunda deyilir.

Bu gün Həştərxanda "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda forum açılır. Forum çərçivəsində plenar iclas və dörd "dəyirmi masa" keçiriləcək.

Xəbər lenti

Xəbər lenti