...

Kiyevdə GUAM Katibliyində terrorizmlə mübarizə üzrə alt işçi qrupunun 6-cı iclası keçirilib

Siyasət Materials 18 May 2011 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir E.Tariverdiyeva/

Mayın 17-18-də Kiyevdə GUAM-ın Katibliyində terrorizmlə mübarizə üzrə alt işçi qrupunun 6-cı iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə təşkilatın press-relizində deyilir.

Tərəflər terrorizmlə mübarizə sahəsində regional əməkdaşlığın, o cümlədən ikitərəfli və çoxtərəfli səviyyədə inkişafı üzrə fikri mübadiləsi aparıblar. İclas zamanı GUAM çərçivəsində kriptoqrafik müdafiə üzrə layihənin həyata keçirilməsinin gedişi müzakirə edilib.

Terrorizmlə mübarizə üzrə alt işçi qrupunun iclasında kiberterrorizm və kibercinayətkarlıq sahəsində, eləcə də texnogen cinayətkarlıq, xüsusilə Azərbaycanda "Eurovision" (2012, may) müsabiqəsinə, Ukraynada futbol üzrə Avropa çempionatına (2012, iyun), GUAM-a üzv dövlətlərdə digər kütləvi tədbirlərə hazırlıq çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İclasın yekunları üzrə protokol imzalanıb.

Terrorizmlə mübarizə üzrə alt işçi qrupunun növbəti iclası 2011-ci ilin oktyabrında keçiriləcək.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti