Azərbaycan, Bakı, 24 may / Trend, müxbir M.Əliyev/
Azərbaycanda 2011-ci il dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan vəsait 39,7 milyon manat (3 %) artırılaraq 1 364,8 milyon manat təşkil edəcək. Trend-in məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2011-ci dövlət büdcəsi haqqında" qanuna təklif olunan dəyişikliklərdə qeyd olunur.
Dəyişikliklərdən ibarət qanun layihəsində qeyd olunur ki, 2011-ci ildə artan büdcə gəlirləri fonunda "Müdafiə" bölməsi üzrə artımla nəzərdə tutulmuş vəsaitlər əsasən Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsinin və onların həyat şəraitinin yaxşılaşdırılmasının, hərbi-iqtisadi və hərbi-texniki ehtiyacların ödənilməsi üçün təchizatın həyata keçirilməsinin, ölkə ərazisində hərbi infrastruktur obyektlərinin inkişaf etdirilməsinin dayanıqlı maliyyə təminatını formalaşdırmağa imkan verəcək.
Qanun layihəsi mayın 27-də Milli Məclis in plenar iclasında müzakirəyə çıxarılacaq.