...

Avropa İttifaqı yeni Avropa Qonşuluq Siyasətini işə salıb

Siyasət Materials 25 May 2011 18:20 (UTC +04:00)
Avropa İttifaqı çərşənbə günü yeni və ambisiyalı mexanizm - Avropa Qonşuluq Siyasətini işə salıb.
Avropa İttifaqı yeni Avropa Qonşuluq Siyasətini işə salıb

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqı çərşənbə günü yeni və ambisiyalı mexanizm - Avropa Qonşuluq Siyasətini işə salıb.

Qonşuluq ölkələrinə əlavə 1,2 milyard avrodan çox vəsait ayrılır və onların ümumi maliyyələşdirilməsi praktiki olaraq 7 milayrd avroya çatır. Trend-in məlumatına görə, bu barədə ENPI informasiya mərkəzinin məlumatında deyilir.

Avropa Qonşuluq Siyasətininin yeniləşdirilməsi ilə bağlı təklif çərşənbə günü Avropa Xarici İşlər Xidməti və Avropa Komissiyası tərəfindən Avropa Parlamentinin və Aİ-yə üzv ölkələrin müzakirəsinə çıxarılıb. Təklif strategiyanın yeniləşdirilməsindən ibarətdir. O, indi "daha çox maliyyələşdirmə - daha çox islahatlar" prinsipinə əsaslanacaq.

"Qonşuluq ölkələrinə 2011-2013-cü illər müddətinə ayrılan 5,7 milyard avro ilə yanaşı, indi həmin ölkələrinin inkişafına dəstəyə daha 1,24 milayrd avro ayrılacaq", - Aİ-nin diplomatik xidmətinin rəhbəri Ketrin Eşton məlumat verib.

Avropa Şurası Avropa Yenidənqurma və İnkişaf Bankının Cənubi Aralıq dənizi ölkələrinə kreditlərin ayrılması barədə təklifi də bəyənib.

"Aİ-nin şərqində və cənubunda gələcəyə ümidləri bizim üçün çox vacib olan 16 ölkə yerləşir", - Eşton yeni sənədin ilk təklifini sitat gətirərək onu təqdim edib. ENPI (Avropa Qonşuluq Siyasətinə dəstək üzrə informasiya resursu) yazır.

Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Eşton yeni yanaşmanı "xalqlar arasında Avropa regionunda güclü demokratiyanın və iqtisadi çiçəklənmənin təşviqi və inkişafı üçün dəstəyə yönələn tərəfdaşlıq" adlandırıb.

O qeyd edib ki, hər bir tərəfdaş ölkəyə indiki yanaşma fərdi olacaq və Aİ tərəfindən maliyyələşdirmə ayrı-ayırılıqda hər bir ölkəyə uyğun olan siyasi və iqtisadi islahatların həyata keçirilməsinin sürətinə uyğun olacaq.

Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsi 2004-cü ildən qüvvədə olan əvvəlki Avropa Qonşuluq Siyasətinin nailiyyətlərinə əsaslanır. Yeni Avropa Qonşuluq Siyasəti qonşu ölkələrin ictimaiyyətinin daha çox təbəqəsinə dəstək, eləcə də islahatların aparılması üçün yeni stimullar təqdim edir.

"Yeni yanaşma vasitəsilə Avropa İttifaqı təcrübəmizdən düzgün istifadə edərək, qətiyyətlə və ambisiyalı reaksiya verməlidir ki, Avropa qonşuluğunun sürətlə dəyişən məkanının çağırışlarına uyğun olsun", - genişləndirmə üzrə Avropa komissarı Ştefan Füle deyib.

Xəbər lenti

Xəbər lenti