...

Bakıda GUAM çərçivəsində ticari əməkdaşlıq məsələləri müzakirə edilib

Siyasət Materials 25 May 2011 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend/

Çərşənbə günü Bakıda ticarət və nəqlə yardım üzrə GUAM layihəsinin rəhbər komitəsinin 14-cü iclası keçirilib. İclasda bu komitənin üzvləri, eləcə də GUAM Katibliyinin proqramlar əlaqələndiricisi iştirak edib. Trend-in məlumatına görə, bu barədə təşkilatın katibliyinin məlumatında deyilir.

Görüş zamanı ticarət və nəqlə yardım üzrə GUAM layihəsinin icrasının gedişi məsələsi müzakirə edilib, Azərbaycanın gömrük orqanlarında "bir pəncərə" prinsipiniun tətbiqi təcrübəsi və Avropa regionunun potensialının artırılması üzrə regional ofisin açılması və fəaliyyət funksiyası haqqında informasiyaya baxılıb. Bundan başqa, iclas zamanı regional təlim mərkəzlərinin fəaliyyəti və GUAM-a üzv dövlətlərin gömrük administrasiyalarının tələblərinin ödənilməsi üzrə səylərin əlaqələndirilməsi məsələləri müzakirə edilib.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti