...

Azərbaycan Prezidenti həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb

Siyasət Materials 26 May 2011 20:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşlarının 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Məlumatı AzərTac Dövlət Teleqraf Agentliyi yayıb.
Azərbaycan Prezidenti həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşlarının 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Məlumatı AzərTac Dövlət Teleqraf Agentliyi yayıb.

Fərmana əsasən, 1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.

Fərmanın ikinci bəndinə əsasən, "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.

Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti