Son beş təbrik əlavə olunub (İlk xəbər 16:35-də yayılıb)
Xarici ölkələrin dövlət başçıları Respublika Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər, məlumatı Prezidentin rəsmi saytı yayıb.
Livan Respublikasının Prezidenti General Mişel Süleyman:
"Hörmətli cənab Prezident,
Öz adımdan və Livan xalqı adından ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram".
Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderon İnoxosa :
"Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz arasındakı mövcud ikitərəfli əlaqələri zənginləşdirən dialoqu və anlaşmanı gələcəkdə də davam etdirəcəyimizə əminəm.
Fürsətdən istifadə edərək, Sizə ən dərin hörmətimi və ən yüksək ehtiramımı bildirirəm".
Koreya Respublikasının Prezidenti Li Men Bak:
"Zati-aliləri, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Koreya Respublikasının xalqı adından Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin davamlı inkişafından məmnun olduğumu bildirmək istərdim. Tamamilə əminəm ki, Azərbaycan Respublikası və Koreya Respublikası xalqlarının ümumi maraqlarına, qarşılıqlı hörmətinə və dostluğuna əsaslanan əməkdaşlıq əlaqələri növbəti illərdə daha da güclənəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rus:
"Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edir və ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənəcəyinə əmin olduğumu təsdiqləyirəm. Sizə ən yüksək ehtiramımı bildirirəm".
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika:
"Möhtərəm Prezident, Azərbaycan Respublikasının Milli bayramını - Respublika Gününü qeyd etməyə hazırlaşdığı bir vaxtda Sizi Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissi duyuram. Zati-alinizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi naminə Sizinlə birlikdə fəaliyyət göstərmək əzmində olduğumu bildirirəm. Əminəm ki, bundan xalqlarımız daha çox faydalanacaqdır.
Möhtərəm Prezident, səmimi təbriklərimi qəbul etməyinizi rica edirəm".
MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotov:
"Çox hörmətli İlham Heydər oğlu, MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından Milli bayram - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Cənab Prezident, Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və Birlik ölkələrinin dostluğunun və əməkdaşlığının möhkəmlənməsində uğurlar, Azərbaycan Respublikasına sülh və firavanlıq diləyirəm".
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov:
"Hörmətli İlham Heydər oğlu, İcazə verin, Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə təbrik edim.
Azərbaycanın ictimai-siyasi həyatda sanballı uğurlarını, ölkənizin mühüm iqtisadi, resurs və insan potensialının fəal reallaşdırılmasını, onun beynəlxalq aləmdə artan nüfuzunun tərəqqi və firavanlıq yolu ilə irəliləyişi davam etdirməyə imkan yaratmasını Özbəkistanda böyük məmnuniyyətlə qeyd edirlər.
Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında yaranmış möhkəm etimad və qarşılıqlı anlaşma münasibətləri, çoxşaxəli əməkdaşlıq bundan sonra da xalqlarımızın mənafeyi naminə ardıcıl inkişaf etdiriləcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Sizin ali dövləti fəaliyyətinizdə hər cür uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".
Avstraliya İttifaqının General-Qubernatoru xanım Kventin Bryus:
"Zati-aliləri, Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, eləcə də Avstraliya Hökuməti və xalqı adından ən xoş arzularımızı çatdırıram.
Avstraliya və Azərbaycan səmimi ikitərəfli münasibətlərə, beynəlxalq sülh və təhlükəsizlik məsələlərində bir sıra ümumi yanaşmalara malikdirlər. Mən beynəlxalq arenada, o cümlədən BMT çərçivəsində Avstraliya ilə Azərbaycan arasındakı mövcud əməkdaşlıq münasibətlərindən razıyam.
Avstraliya Hökuməti qətiyyətlə inanır ki, iqlim dəyişikliyi, beynəlxalq inkişaf və tərksilah kimi qlobal çağırışlar daha geniş qlobal çözüm tələb edir. Çoxtərəfli təsisatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı bu çağırışlara kollektiv cavab vermək üçün ən yaxşı vasitədir. Avstraliya Hökuməti qarşıdakı ildə Azərbaycan ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda işləməkdə qətiyyətlidir.
Mən Azərbaycanın Əfqanıstandakı Təhlükəsizliyə Yardım Qüvvələri missiyasına, o cümlədən təlim və yenidənqurma işlərinə davamlı siyasi və praktiki dəstəyini təqdir edirəm.
Bizim güclü iqtisadiyyatlarımız arasındakı ticarət və investisiya əlaqələrinin orta səviyyədə olduğu bir vaxtda, ümid edirəm ki, özəl sektor və hökumət nümayəndələri iqtisadi münasibətlərin dirçəlməsi üçün gələcək illərdə birlikdə işləyəcəklər. Mən, həmçinin təkmilləşdirilmiş təhsil mübadiləsi vasitəsilə xalqlar arasında daha möhkəm əlaqələrə ümid bəsləyirəm.
İcazə verin, iki ölkə arasındakı dostluq münasibətlərinin gələcək illərdə daha da inkişaf edəcəyinə əminliyimi ifadə edim".
Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silva:
"Azərbaycan Respublikasının Milli bayramı - Respublika günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".
Malayziyanın Ali Rəhbəri Tuanku Mizan Zeynal Abidin İbn Əl-Mərhum
Sultan Mahmud Əl-Muktəfi Billah Şah:
"Zati-aliləri,
Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına bildirdiyim ən xoş arzulara və ən səmimi təbriklərə ölkəmizin birinci xanımı da qoşulur.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına tərəqqi və rifah, Sizə cansağlığı və müvəffəqiyyətlər arzu edirik".
Norveçin Kralı V Harald:
"Zati-aliləri,
Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, şəxsən Sizə və Azərbaycan xalqına xoş arzularımı bildirir və firavanlıq arzu edirəm".
İrlandiyanın Prezidenti xanım Meri Makalis:
"Ölkənizin Milli bayramı - 28 May Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və İrlandiya xalqı adından səmimi təbriklərimi çatdırır və ən xoş arzularımı bildirirəm.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına səadət və tərəqqi arzulayıram".
Stavropol diyarının qubernatoru Valeri Qayevski:
"Hörmətli İlham Heydər oğlu!
Rusiya Federasiyası Stavropol diyarının bütün sakinləri adından Respublika günü münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.
Stavropol diyarı və Azərbaycan Respublikası dostluq telləri ilə bir-birinə bağlıdır. Bizim səmərəli əməkdaşlığımız ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Əminəm ki, Stavropol ilə Azərbaycan arasında yaranmış tərəfdaşlıq münasibətləri çox böyük potensiala malikdir və bağlanmış ikitərəfli saziş çərçivəsində planauyğun şəkildə inkişaf edəcəkdir. Bu əlamətdar gündə Azərbaycan Respublikasına və onun bütün sakinlərinə firavanlıq, sülh və əmin-amanlıq diləyirəm".
Qırğızıstan Respublikasının Prezidenti Roza Otunbayeva:
"Hörmətli İlham Heydər oğlu!
Respublika Günü münasibətilə Qırğızıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə və dərinləşdirilməsinə Qırğızıstanda böyük əhəmiyyət verilir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".
MDB və Baltikyanı ölkələrin Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina:
"Hörmətli İlham Heydər oğlu!
İcazə verin Sizi Milli bayramınız - Respublika Günü münasibətilə təbrik edim. Xahiş edirəm, Azərbaycanın hərtərəfli inkişafı və firavanlığı naminə yüksək dövləti işlərinizdə və zəfərlərinizdə uğur diləklərimi, ən xoş arzularımı qəbul edin".
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev:
"Hörmətli İlham Heydər oğlu,
Sizi Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Qazaxıstan ilə Azərbaycan arasındakı qardaşlıq və dostluq əlaqələrini nəzərə alaraq ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə böyük potensialın olduğuna, həmçinin iki ölkənin inam və qarşılıqlı anlayışa əsaslanan tərəfdaşlığının gələcəkdə xalqlarımızın mənafeyi üçün intensiv inkişaf edəcəyinə tam əminəm.
Bu fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, işlərinizdə uğur, bütün təşəbbüslərinizdə müvəffəqiyyət, dost və qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm".
Qətər Dövlətinin Əmiri Həməd bin Xəlifə Al Tani:
"Zati-aliləri,
Qətər Dövlətinin xalqı adından və öz adımdan ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan Respublikasının xalqına ən səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcəkdir".
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov:
"Hörmətli cənab Prezident,
TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edir, gündən-günə inkişaf edən və qüdrətlənən Azərbaycan Respublikasına yeni nailiyyətlər və əmin-amanlıq arzulayıram.
TÜRKSOY-a ən yaxın dəstəklərini əsirgəməyən Zati-alinizin yüksək diqqəti və qayğısı sayəsində Azərbaycan dünya mədəni həyatında öz layiqli yerini tutmaqda və yeni uğurlar qazanmaqdadır.
"Eurovision-2011" müsabiqəsində iştirak edən Azərbaycan təmsilçilərinin parlaq qələbəsi zəngin türk mədəniyyətinin bir hissəsi olan Azərbaycan mədəniyyətinin və incəsənətinin qələbəsidir. Bu, hamımızın, bütün türk dünyasının sevincidir. Belə şərəfli zəfərlərin gələcəkdə də qazanılacağına inamımız hədsizdir.
Bu duyğularla Zati-alinizi və Azərbaycan xalqını bir daha Respublika Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayır, ən dərin hörmət və ehtiramımı izhar edirəm".
Sinqapur Respublikasının Prezidenti Sellapan Rama Natan:
"Zati-aliləri,
Azərbaycanın Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Sinqapur xalqı adından səmimi təbriklərimi, davamlı sülh, inkişaf və rifah arzularımı çatdırıram".
İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitano:
"Zati-aliləri,
Azərbaycanın Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Sinqapur xalqı adından səmimi təbriklərimi, davamlı sülh, inkişaf və rifah arzularımı çatdırıram".
Şimali Kipr xalqının lideri Dərviş Əroğlu:
"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi və Sizin şəxsinizdə Azərbaycan xalqını öz adımdan və Şimali Kipr xalqı adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin hörmətimi çatdırıram".
Niderlandın Kraliçası Beatriks:
"Çox hörmətli Prezident,
İcazə verin, ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi bildirim və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım".