Azərbaycan, Bakı, 31 may /Trend/
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev mayın 31-də Türkiyənin quru qoşunlarının təlim və doktrina komandanı ordu generalı Saldıray Berkini qəbul edib. Bu barədə Trend-ə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı hərbi təhsil, təlim məsələləri və əməkdaşlığın digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.