...

Qazaxıstanda azərbaycanlı qadınların xatirəsinə qoyulmuş abidənin açılışı olub (FOTO)

Siyasət Materials 31 May 2011 18:42 (UTC +04:00)
Çərşənbə axşamı Qazaxıstanın Akmola vilayətinin Akmol kəndində ALJİR (Акмолинский лагерь жён изменников родины) adlı muzeydə azərbaycanlı qadınların xatirəsinə Azərbaycan səfírliyi və diasporu tərəfindən qoyulmuş xatirə daşının açılışı olub.
Qazaxıstanda azərbaycanlı qadınların xatirəsinə qoyulmuş abidənin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

Çərşənbə axşamı Qazaxıstanın Akmola vilayətinin Akmol kəndində ALJİR (Акмолинский лагерь жён изменников родины) adlı muzeydə azərbaycanlı qadınların xatirəsinə Azərbaycan səfírliyi və diasporu tərəfindən qoyulmuş xatirə daşının açılışı olub.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Astana şəhərinin akiminin (icra başçısı) müavini Aida Balayeva, "Nur-Otan" Xalq Demokratik Partiyasının Astana filialının sədr müavini Raxımjanov Əmirxan, Gürcüstan, Çexiya, Polsa, Rusiya, Ukrayna, Belarus və Türkiyə diplomatik nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, KİV nümayəndələri, digər xalqların Qazaxıstanda fəaliyyat göstərən diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan diasporunun üzvləri, Qazaxıstan-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri iştirak ediblər.

Xatirə daşının açılışı ilə bağlı rəmzi lent Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov və Astana şəhərinin akiminin müavini Aida Balayeva tərəfindən kəsilib.

Açılış mərasimində çıxış edən səfir Zakir Həşimov sovet tarixinin bu acı səhifəsindən söz açaraq repressiya qurbanı olmuş 100 mindən artıq azarbaycanlının öz doğma vətənindən sürgün edilərək Qazaxıstana pənah gətirdiyi və qazax xalqının göstərdiyi xeyirxahlıq barədə geniş söhbət açıb.

Sonra səfir Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyindən əldə edilmiş repressiyaya məruz qalmış 46 nəfərdən 43-nün arxiv-cinayət işlərindən çixarılmış sənədləri, həmçinin 35 fotoşəklin surətini muzeyin rəhbərliyinə təqdim edib.

Tədbirin sonunda səfirlik tərəfindən iştirakçılar üçün ehsan süfrəsi təşkil edilib.

Xəbər lenti

Xəbər lenti