...

Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər ediləcək

Siyasət Materials 31 May 2011 23:19 (UTC +04:00)
Mayın 31-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Bu barədə Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir.
Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər ediləcək

Azərbaycan, Bakı, 31 may /Trend/

Mayın 31-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Bu barədə Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir.

Komitə sədri Rəbiyyət Aslanova gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdi. Əvvəlcə komitə sədri "Dini etiqad azadlığı haqqında" qanuna nəzərdə tutulan dəyişikliklərlə bağlı sənəd barədə məlumat verdi. Bildirildi ki, 1992-ci ildə qəbul olunmuş bu qanuna edilən dəyişikliklər onun təkmilləşdirilməsi məqsədi daşıyır. Sənəddə bir sıra prinsipial dəyişikliklərlə yanaşı, texniki düzəlişlər edilməsi də nəzərdə tutulub.

Müzakirələr zamanı dini təhsil, İslam dini qurumlarının Qafqaz Müsəlmanları İdarəsinə hesabat təqdim etmələri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Sonra Rəbiyyət Aslanova "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna təklif olunan dəyişikliklər barədə danışdı. Bildirildi ki, bu təklif Dövlət rüsumu haqqında qanuna uyğunlaşdırılıb.

Sonda hər iki sənəd yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyyə edildi.

Xəbər lenti

Xəbər lenti