...

Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri başa çatıb

Siyasət Materials 3 İyun 2011 21:16 (UTC +04:00)
İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyi və Respublika Günü münasibətilə paytaxt Romada keçirilmiş təntənəli bayram mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işgüzar səfəri iyunun 3-də başa çatmışdır.
Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri başa çatıb

İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyi və Respublika Günü münasibətilə paytaxt Romada keçirilmiş təntənəli bayram mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işgüzar səfəri iyunun 3-də başa çatmışdır. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Həmin gün Prezident İlham Əliyev Bakıya qayıtmışdır.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Xəbər lenti

Xəbər lenti