...

Azərbaycanla ABŞ arasında təhlükəsizlik üzrə dialoqun yeni raundu bu ay keçiriləcəkdir - səfir

Siyasət Materials 3 İyun 2011 23:35 (UTC +04:00)
Azərbaycan və ABŞ arasında təhlükəsizlik üzrə dialoqun yeni raundu bu ay keçiriləcəkdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza cümə günü bildirib.
Azərbaycanla ABŞ arasında təhlükəsizlik üzrə dialoqun yeni raundu bu ay keçiriləcəkdir - səfir

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan və ABŞ arasında təhlükəsizlik üzrə dialoqun yeni raundu bu ay keçiriləcəkdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza cümə günü bildirib.

Onun sözlərinə görə, ABŞ-ın nümayəndə heyətinə dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endryu Şapiro başçılıq edəcək.

"Azərbaycanla ABŞ-ın hərbi sahədə əməkdaşlıq etməsindən çox şadam. Biz bu cür dialoqun davam etdirilməsi üçün imkanlar axtarırıq" deyə Brayza bildirib.

Azərbaycan və ABŞ arasında hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığı üzrə məsləhətləşmələr hər il Vaşinqton və Bakıda keçirilir.

Xəbər lenti

Xəbər lenti