...

Fransada Azərbaycan Mətbəxi Günləri keçirilir

Siyasət Materials 8 İyun 2011 13:10 (UTC +04:00)
Fransa Senatının restoranında Azərbaycan Mətbəxi Günləri keçirilir. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Fransada Azərbaycan Mətbəxi Günləri keçirilir

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Fransa Senatının restoranında Azərbaycan Mətbəxi Günləri keçirilir. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Açılışda Fransa Senatının Azərbaycanla Dostluq qrupunun üzvləri və digər senatorlar, həmçinin Aparatın üzvləri iştirak ediblər. Tədbirin uğurla keçməsi üçün Bakıdan 2 aşpaz dəvət olunub və onlar Senatın aşpazları ilə birlikdə Azərbaycan xörəklərini hazırlamaqla yanaşı, təcrübə mübadiləsi də aparıblar.

Eyni zamanda, Azərbaycan haqqında daha geniş məlumat vermək məqsədilə Senatın restoranının qarşısında Azərbaycan haqqında afişa, broşür və kitablardan ibarət sərgi açılıb. Senatorların və inzibati heyətin nahar etdiyi bu restoranda Azərbaycan mətbəxinə xüsusi maraq diqqəti cəlb edib. Azərbaycanın Fransadakı səfirliyi, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə səyləri ilə təşkil edilmiş tədbir iyunun10-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti