...

Azərbaycan-NATO əməkdaşlığının prespektivləri müzakirə olunub

Siyasət Materials 10 İyun 2011 13:49 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyunun 9-da NATO Müdafiə Nazirlərinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə görüşündə iştirak edib.

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyunun 9-da NATO Müdafiə Nazirlərinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə görüşündə iştirak edib. Görüş Brüsseldə NATO Mərkəzi Qərargahında keçirilib.

Azərbaycanın NATO yanında nümayəndəliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı nazirlər ISAF əməliyyatının hazırkı vəziyyətini, o cümlədən rəhbər rolun Əfqanıstan tərəfinə ötürülməsi və ondan sonrakı vəziyyət, Əfqan ıstantəhlükəsizlik qüvvələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıb.

İclasda Əfqanıstanda qanunun aliliyinin gücləndirilməsi məqsədilə NATO-nun Hüququn Aliliyi üzrə Sahə Dəstək Missiyası təsdiq edilib.

Əbiyev həmin gün NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturayı qəbul edib.

Görüşdə tərəflər Azərbaycan-NATO münasibətlərini, NATO ilə qarşılıqlı operativ uzlaşmanın artırılması, ölkəmizin ISAF əməliyyatına töhfəsi və digər məsələləri müzakirə ediblər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nazir Əbiyev Polşanın müdafiə naziri Boqdan Kliç ilə görüşüb və görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti