...

Moskvada "Azərbaycan Respublikası: Müstəqilliyin 20 ili" adlı seminar keçirilir

Siyasət Materials 10 İyun 2011 15:14 (UTC +04:00)
Bu gün MDU-nun Analitik İnformasiya Mərkəzi Azərbaycanın Rusiyadakı səfirliyinin yardımı ilə "Azərbaycan Respublikası: Müstəqilliyin 20 ili" mövzusunda ekspert seminarının iclasını keçirir.
Moskvada "Azərbaycan Respublikası: Müstəqilliyin 20 ili" adlı seminar keçirilir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Bu gün MDU-nun Analitik İnformasiya Mərkəzi Azərbaycanın Rusiyadakı səfirliyinin yardımı ilə "Azərbaycan Respublikası: Müstəqilliyin 20 ili" mövzusunda ekspert seminarının iclasını keçirir.

Müzakirələrdə tədbir iştirakçıları regional və qlobal əlaqələr sistemində Azərbaycanın ən yeni tarixini əks etdirən məsələlərin geniş spektrinə toxunacaqlar.

Ekspert seminarın işində Rusiya və Azərbaycanın ekspert cəmiyyətlərinin nümayəndələri, alimlər və jurnalistlər iştirak edirlər. Tədbir çərçivəsində Milli Məclisin deputatı Rasim Musabəyov və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə məruzə ilə çıxış edəcəklər. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və MDU-nun tarix fakültəsinin dekanı Sergey Karpov iştirak edir.

Xəbər lenti

Xəbər lenti