...

YAP-ın Sədr müavini Çinin ölkəmizdəki səfiri ilə görüşüb

Siyasət Materials 13 İyun 2011 12:27 (UTC +04:00)
YAP-ın Sədr müavini Əli Əhmədov Çinin ölkəmizdəki səfiri Çjan Yannyan ilə görüşüb
YAP-ın Sədr müavini Çinin ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

YAP-ın Sədr müavini Əli Əhmədov Çinin ölkəmizdəki səfiri Çjan Yannyan ilə görüşüb.

Trend-in YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 13 - də Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan ilə partiyanın mənzil qərargahında görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı.

Tərəflər görüşdə həmçının, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrdən bəhs etmiş, partiyalararası münasibətlərinin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.

YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti