Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın hakim partiyası ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melianın açıqlamasına münasibət bildirib.
"İstənilən sahə ilə əlaqədar "daha çox iş görmək olar" sözünü demək mümkündür. İqtisadiyyat sahəsində, digər sahələrdə, eyni zamanda, ABŞ-ın özündə insan hüquqlarının təmin olunması sahəsində də "daha çox iş görmək olar", - bunu cümə günü Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
YAP rəsmisinin sözlərinə görə, əgər Melia bu sözləri Azərbaycana aid edərək deyirsə, bu ifadəni eyni dərəcədə ABŞ-a da aid etmək olar.
"Qoy insan hüquqları sahəsində daha çox işləsinlər. Bütövlükdə dünyada insanların sağlamlığının, həyatının qorunması sahəsində çox işləsinlər. Bu sözləri özlərinə də aid etsinlər", - Əhmədov əlavə edib.
Bakıda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melia cümə axşamı jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti daha yaxşı ola bilər və olmalıdır.
Azərbaycanın hakim partiyası ABŞ dövlət katibi köməkçisinin açıqlamasına münasibət bildirib
Azərbaycanın hakim partiyası ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melianın açıqlamasına münasibət bildirib.
