...

Xəzəryanı ölkələr narkotiklərlə mübarizə sahəsində regional informasiya mərkəzini təsis edəcəklər

Siyasət Materials 18 İyun 2011 23:26 (UTC +04:00)
Xəzəryanı ölkələr narkotiklərlə mübarizə sahəsində regional informasiya mərkəzini təsis edəcəklər.
Xəzəryanı ölkələr narkotiklərlə mübarizə sahəsində regional informasiya mərkəzini təsis edəcəklər

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir T.Cəfərov/

Xəzəryanı ölkələr narkotiklərlə mübarizə sahəsində regional informasiya mərkəzini təsis edəcəklər. Bu barədə cümə günü Bəndər-Ənzəli şəhərində keçirilən Xəzəryanı ölkələrin narkotiklərlə mübarizə idarələri rəislərinin iclasının yekun bəyanatda razılıq əldə olunub. Bunu İran Polisinin narkotiklərələ mübarizə idarəsinin rəisi general Həmidrza Hüseynabadi bildirib. Məlumatı İSNA xəbər agentliyi yayıb.

Hüseynabadinin sözlərinə görə, iclasda razılaşdırılıb ki, Xəzəryanı ölkələr narkotik qaçaqmalçılıq bandalarına qarşı müştərək əməliyyatlar həyata keçirilsin.

Xəzəryanı ölkələrin narkotiklərlə mübarizə idarə rəislərinin üçüncü iclası ("Xəzər antinarkotik beşliyi" - Azərbaycan, Rusiya, Qazaxıstan, İran, Türkmənistan) 2012-də Rusiyada keçiriləcək.

Beşliyin ilk iclası 2010-cu ilin oktyabr ayında Rusiyanın Həştərxan şəhərində keçirilib.

Xəbər lenti

Xəbər lenti