Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Hakim Yeni Azərbaycan Partiyası ölkənin bir qrup sənət adamlarını partiyaya üzv qəbul edib. Trend-in məlumatına görə, bazar ertəsi YAP-da keçirilən tədbirdə müğənillər Gülyanaq və Gülyaz Məmmədova bacıları, Rəşad İlyasov, Tünzalə Ağayeva, aktrisa Vəfa Zeynalova, Ceyhun İsmayılov, Samir Şirinov, Rüfət Nəzərov və teleaparıcı-şoumen Azər Şabanova partiyanın vəsiqəsi təqdim olunub.
Tədbirdə çıxış edən YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, partiyanın 540 minə yaxın üzvü var. Hər il YAP-a 20-30 min üzv qəbul edilir.
Əhmədov bildirib ki, hər bir üzv YAP-ın şərəfi, gücüdür.
"Gücümüz partiyanın nüfuzunda, cəmiyyət tərəfindən dəstəklənməsindədir. Gücümüz insanların partiyamıza inanmasıdır", - Əhmədov əlavə edib.