...

İranla Azərbaycan arasında əlaqələr zahiri deyil - Əli Laricani

Siyasət Materials 30 İyun 2011 22:36 (UTC +04:00)
İranla Azərbaycan arasında əlaqələr digər ölkələrində olduğu kimi zahiri deyil, çox dərin və mənəvi köklərə əsaslanır. Bunu İran Parlamentinin spikeri Əli Laricani cümə günü iranlıların Bakıdakı Əhli-Beyt məscidində çıxışı zamanı deyib.
İranla Azərbaycan arasında əlaqələr zahiri deyil - Əli Laricani

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir T.Cəfərov/

İranla Azərbaycan arasında əlaqələr digər ölkələrində olduğu kimi zahiri deyil, çox dərin və mənəvi köklərə əsaslanır. Trend-in məlumatına görə, bunu İran Parlamentinin spikeri Əli Laricani cümə günü iranlıların Bakıdakı Əhli-Beyt məscidində çıxışı zamanı deyib.

Laricani qeyd edib ki, hər iki ölkə müsəlman və şiə ölkəsidir.

"Azərbaycan xalqı həmişə İran xalqının ürəyindədir. İran xalqı bütün səmimiyyətlə Azərbaycan xalqına hörmət bəsləyir. İran ilk ölkədir ki, Azərbaycanın müstəqilliyini rəsmiyyətə tanıyıb", deyə Laricani bildirib.

O, əlavə edib ki, İranın sabiq lideri Ayətullah Xomeyni və hazırki lideri Ayətullah Xamnei Azərbaycan xalqına həmişə böyük hörmət bəsləyiblər.

"Bu gün də iki ölkə arasında əlaqələr səmimi və qardaşcasına inkişaf etdirilir", Laricani deyib.

Laricaninin Azərbaycana səfəri cümə günü başlayıb.

Səfər İran-Azərbaycan parlamentlərarası əməkdaşlığının genişləndirilməsi məqsədilə həyata keçirilir. Laricani Azərbaycana Milli Məclisin spikeri Oqtay Əsədovun dəvəti ilə gəlir.

İran parlamenti sədrinin Bakıda Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və ölkənin digər rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Laricani səfər çərçivəsində Gəncə şəhərinə də gedəcək, orada bir sıra tarixi abidələr, o cümlədən Şah Abbas məscidini və Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək.

Bundan əvvəl İran parlamenti rəhbərinin Azərbaycana səfəri fevrala planlaşdırılsa da, spikerin iş qrafikinin sıxlığı ilə əlaqədar səfər təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti