...

Belarus nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 5 İyul 2011 13:49 (UTC +04:00)
Baş nazir Mixail Myasnikoviçin rəhbərlik etdiyi Belarusun hökumət nümayəndə heyəti iyulun 7-8-də Azərbaycan Respublikasına rəsmi səfər edəcək.
Belarus nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Baş nazir Mixail Myasnikoviçin rəhbərlik etdiyi Belarusun hökumət nümayəndə heyəti iyulun 7-8-də Azərbaycan Respublikasına rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə BELTA Belarus hökumətinin mətbuat xidmətinə istinadən xəbər verib.

Səfər Azərbaycan tərəfinin dəvəti ilə baş tutur.

Belarus hökumətinin nümayəndə heyətinin səfəri zamanı Baş nazir Mixail Myasnikoviçin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb. Belarusa Azərbaycan investisiyalarının cəlb edilməsinin perspektivləri də daxil olmaqla, ikitərəfli münasibətlərin, neft-kimya, istehsalat korporasiyası, arxitektura və inşaat, elmi-texniki və təhsil sahəsindəki aktual məsələlərinin geniş dairəsinin müzakirə ediləcəyi nəzərdə tutulur.

Belarus nümayəndə heyəti "Gəncə Avtomobil Zavodu" İB-nin Belarus-Almaniya istehsalı olan kommunal texniki yığım sexinin açılışında iştirak edəcək.

Sənədin yekunları üzrə bir sıra ikitərəfli sazişlərin imzalanması nəzərdə tutulub. İlin ikinci yarısında Azərbaycana Belarus istehsalı olan MAZ, MTZ zavodlarının məhsullarının və işıqdiodlu texnikanın tədarükünə dair müqavilənin imzalanması məsələsi də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti