...

Azərbaycan Prezidenti Nikola Sarkozini təbrik edib

Siyasət Materials 13 İyul 2011 19:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Nikola Sarkozini təbrik edib.
Azərbaycan Prezidenti Nikola Sarkozini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Nikola Sarkozini təbrik edib. Məlumatı çərşənbə günü Prezidentin rəsmi saytı yayıb.

"Ölkənizin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz dost ölkələrimiz arasında bərqərar olmuş çoxşaxəli əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sıx əməkdaşlığımız ilə müşayiət olunur", - məktubda deyilir.

Təbrikdə qeyd olunur ki, bu gün Azərbaycan-Fransa əməkdaşlığı, həmçinin çoxtərəfli qaydada inkişaf etməkdədir.

"Beynəlxalq qurumlar, Avropa strukturları çərçivəsində birgə işimiz ölkələrimiz arasındakı münasibətlərin dolğunluğunu təmin edən amillərdəndir. Biz eyni zamanda xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Fransa xalqına əmin-amanlıq və firavanlıq diləyirəm", - təbrikdə bildirilir.

Xəbər lenti

Xəbər lenti