...

Siyasi partiyaların maliyyələşdirilməsinin onların dövlət tərəfindən saxlanması kimi başa düşülməsi yanlışdır - Əli Əhmədov

Siyasət Materials 18 İyul 2011 13:55 (UTC +04:00)
Azərbaycanın hakim partiyası siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinin onların dövlət tərəfindən saxlanması kimi başa düşülməsini yanlış hesab edir.
Siyasi partiyaların maliyyələşdirilməsinin onların dövlət tərəfindən saxlanması kimi başa düşülməsi yanlışdır - Əli Əhmədov

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın hakim partiyası siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinin onların dövlət tərəfindən saxlanması kimi başa düşülməsini yanlış hesab edir.

"Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinə onların dövlət tərəfindən saxlanması kimi yanlış baxış ortaya qoymaq düzgün deyil. Bu, sadəcə dövlət tərəfindən partiyaların müəyyən qədər dəstəklənməsi deməkdir", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədov deyib.

Əhmədov bildirib ki, dünya təcrübəsində siyasi partiyaların maliyyələşdirilməsi daha çox onların parlamentdə təmsilçiliyi əsasında müəyyən edilir.

"Həm partiyaların cəmiyyət tərəfindən dəstəklənməsini nəzərdə tutan və əks etdirən, həm də partiyaların inkişafına, onların malik olduğu ictimai dəstəyə uyğun şəkildə kömək göstərmək üçün bu, ən yaxşı formadır. Bəzi nüanslar var ki, onları da qəbul etmək lazım gələcək", - YAP-ın sədr müavini deyib.

Milli Məclisin payız sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Qanun layihəsində partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi də var.

Xəbər lenti

Xəbər lenti