...

Azərbaycan Prezidenti Rumıniyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib (FOTO)

Siyasət Materials 18 İyul 2011 17:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Rumıniyanın ölkəmizdəki səfiri Nikolae Urekeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Azərbaycan Prezidenti Rumıniyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Rumıniyanın ölkəmizdəki səfiri Nikolae Urekeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlərin inkişafından danışan səfir Nikolae Ureke bu münasibətlərin genişlənməsində dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə fəaliyyət planının önəmini vurğuladı.

Rumıniyalı diplomat Azərbaycan Prezidenti İlham Əliyev ilə Rumıniya Prezidenti Trayan Besesku arasındakı yaxın dostluq əlaqələrinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını dedi. Nikolae Ureke ölkəmizdəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Rumıniya arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirdi, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğuladı. Səfir Nikolae Urekenin qarşılıqlı münasibətlərin genişlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirən Prezident İlham Əliyev onun Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində fəaliyyətini xüsusi qeyd etdi. Dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlığın yerinə yetirilməsinə dair sənədin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ikitərəfli əlaqələrin qarşılıqlı maraqlara əsaslandığını bildirdi.

Dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti