...

ATƏT-in "üçlüyü" və Ketrin Eşton ATƏT regionunda yubanmış münaqişələrin nizamlanması üzrə səyləri müzakirə ediblər

Siyasət Materials 20 İyul 2011 15:30 (UTC +04:00)
2011, 2010 və 2012-ci illərdə ATƏT-ə sədrlik edən ölkələri təmsil edən Litva, Qazaxıstan və İrlandiyanın xarici işlər nazirləri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iyulun 18-də Brüsseldə ATƏT və Aİ çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
ATƏT-in "üçlüyü" və Ketrin Eşton ATƏT regionunda yubanmış münaqişələrin nizamlanması üzrə səyləri müzakirə ediblər

Azərbaycan, Bakı, 20 iyul /Trend/

2011, 2010 və 2012-ci illərdə ATƏT-ə sədrlik edən ölkələri təmsil edən Litva, Qazaxıstan və İrlandiyanın xarici işlər nazirləri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iyulun 18-də Brüsseldə ATƏT və Aİ çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə təşkilatın saytı məlumat verib.

"ATƏT və Aİ insan hüquqlarına və qanunun aliliyinə hörmət edilən stabil və çiçəklənən regionun dəyər və baxışlarını bölüşürlər. Biz əməkdaşlıq etməklə zəmanət veririk ki, bizim məhdud resurslarımızdan optimal şəkildə istifadə edilir", - görüşə sədrlik edən ATƏT sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis deyib.

Nazirlər "üçlüyü" və Eşton dekabrın 6-7-də Vilnüsdə keçiriləcək ATƏT Nazirlər Kabinetinin iclasının hazırlıq məsələlərini müzakirə ediblər. Nazir Ajubalis Eştonun iclasda iştirak etmək planını alqışlayıb. Bundan başqa, gündəlikdə ATƏT regionunda həlli yubanmış münaqişələrin nizamlanması üzrə səylər, Belarusda insan hüquqları ilə bağlı vəziyyət və ATƏT-in maraqlı tərəfdaşların xahişi ilə Cənubi Aralıq dənizində demokratik prosesləri necə dətəkləyə bilməsi ilə bağlı müzakirələr olub. ATƏT-in baş katibi Lamberto Zanyer də iclasda iştirak edib", - məlumatda deyilir.

Aİ və ATƏT çərçivəsində danışıqlar mütəmadi şəkildə keçirilir. Aİ-nin 27 üzv ölkəsi ATƏT-ə üzv olan 56 dövlətin təxminən yarısını təmsil edir.

Xəbər lenti

Xəbər lenti