Azərbaycan Prezidenti İlham Əliyev Belçika Kralı II Alberti təbrik edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
"Ölkənizin milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Belçika arasındakı münasibətlərin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı və möhkəmləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.
İlham Əliyev II Albertə möhkəm cansağlığı, işlərində uğurlar, dost Belçika xalqına sülh və rifah arzulayıb.