...

Rumıniyanın Azərbaycandakı səfiri "Dostluq" ordeni ilə təltif edilib

Siyasət Materials 26 İyul 2011 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolae Urekenin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Nikolae Ureke Azərbaycan Respublikası ilə Rumıniya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti