...

Gürcüstanı daxili münaqişələr deyil, Rusiyanın hərəkətləri parçalayıb - səfir

Siyasət Materials 8 Avqust 2011 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir E.Tariverdiyeva/

Cənubi Osetiya və Abxaziyada müharibədən sonra bütün dünya ictimaiyyəti başa düşdü ki, Gürcüstanı daxili münaqişələr deyil, Rusiyanın yaxın xaric dövlətlərindən birinə təsirinin gücləndirilməsinə yönələn hərəkətləri parçalayıb. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

"Bu gün Gürcüstan bufer zonalarında işğal olunmuş ərazilərdə beynəlxalq sülhməramlıların olması üçün maksimum səy göstərir, lakin Rusiya buna mane olur", - səfir bildirib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya Respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazi elan edib.

Diplomatın sözlərinə görə, münaqişənin tarixi ondan xəbər verir ki, Gürcüstan Avropa institutlarına inteqrasiya imkanı əldə edən kimi, Rusiya buna mane olmaq üçün əlindən gələni edib.

"Rusiyanın təcavüzü bu gün də davam edir, işğal olunmuş ərazilərdə hərbi bazalar tikilir, onun kontingenti artırılır, ərazinin tam hərbiləşdirilməsi gedir. Rusiya Gürcüstan ərazisində diversiya əməliyyatları da aparır", - səfir vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstanın bütün sülh təşəbbüsləri cavabsız qalıb. Buna sübut nəticə verməyən Cenevrə danışıqlarıdır.

Səfirin sözlərinə görə, bu gün Avropanın bütün institutları Rusiyanı Gürcüstan ərazilərini işğaldan azad etməyə çağırırlar, lakin Moskva bu çağırışları rədd edir.

Ermənistan ərazisində Rusiya hərbi bazasının olması ilə bağlı suala cavab verən Şaraşenidze deyib ki, region ərazisində istənilən digər dövlətin bazası, sözsüz ki, öz-özlüyündə təhlükə törədir.

Xəbər lenti

Xəbər lenti