...

Azərbaycan Prezidenti şimal bölgəsinə səfəri çərçivəsində Şabran rayonuna gəlib

Siyasət Materials 15 Avqust 2011 15:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində avqustun 15-də Şabran rayonunda olub
Azərbaycan Prezidenti şimal bölgəsinə səfəri çərçivəsində Şabran rayonuna gəlib

Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində avqustun 15-də Şabran rayonunda olub.

Trend-in məlumatına görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şabran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verildi.
Bildirildi ki, abidənin yerləşdiyi meydanda geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.

Xəbər lenti

Xəbər lenti