...

İran HHQ-nin hərbi təlimində digər ölkələrdən iştirakçı olmayacaq

Siyasət Materials 19 Avqust 2011 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend /

İranın Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi təlimində yerli qüvvələr iştirak edəcək. Bu sözləri HHQ komandanının müavini, general Əziz Nəsirzadə deyib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

Ötən gün İranın FARS xəbər agentliyi HHQ komandanının müavini general Əziz Nəsirzadənin "İran HHQ-nin qonşu ölkələrin biri ilə yaxın gələcəkdə müştərək hərbi təlim keçirəcəyi" ilə bağlı açıqlama verdiyini bildirmişdi.

FARS agentliyinin məlumatında bildirilirdi ki, Nəsirzadə müştərək təlim keçiriləcək qonşu ölkənin adını açıqlamayıb, lakin təlimin sentyabr ayında keçiriləcəyini deyib.

Ötən il İran HHQ komandanı Həsən Şahsəfi Tehranda hərbi attaşelərlə görüşündə İran HHQ-nin region ölkələrinin biri ilə gələcəkdə müştərək hərbi təlim keçirəcəyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti