Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıcı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, avqustun 22-də keçirilən görüş zamanı Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfir Hülusi Kılıc Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olnmuş hərbii attaşesi,briqada generalı Yüçel Karaüzü müdafiə naziri Səfər Əbiyevə təqdim edib.
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıcı qəbul edib
