...

Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbərini qəbul edib

Siyasət Materials 25 Avqust 2011 16:23 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul edib
Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbərini qəbul edib

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul edib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, səfir Tarqay Azərbaycana yeni səfir təyin olunmasından məmnun olduğunu bildirib və fəaliyyət dövründə rəhbərlik etdiyi təşkilatın Azərbaycanın Xarici İşlər Nazirliyi ilə sıx və səmərəli əlaqələr quracağını bildirib.

Öz növbəsində nazir Məmmədyarov Tarqayı təyinatı münasibəti ilə təbrik edib, ATƏT-in Bakı ofisi ilə daim sıx və səmərəli əlaqələrin olduğunu qeyd edərək bu əməkdaşlığın daha da genişlənəcəyi və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirmiş və ona yeni iş yerində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti