Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir M.Əliyev/
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin yeni rəhbəri xanım Viktoriya Sloun işə başlayıb.
Trend-in məlumatına görə, Sloun şənbə günü Bakıda məktəblilərin beynəlxalq inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib.
Sloun Azərbaycandakı diplomatik missiyasının başa çatması ilə əlaqədar öz postunu tərk etmiş Terri Devidsonu əvəz edib.