...

Əli Əliyev: Azərbaycanın müxalifət partiyalarının mövqeləri arasında kardinal fərqlər var

Siyasət Materials 1 Sentyabr 2011 13:02 (UTC +04:00)
Azərbaycanın Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarının mövqeləri ilə digər müxalifət partiyalarının mövqeləri arasında kardinal fərqlər var.
Əli Əliyev: Azərbaycanın müxalifət partiyalarının mövqeləri arasında kardinal fərqlər var

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarının mövqeləri ilə digər müxalifət partiyalarının mövqeləri arasında kardinal fərqlər var. Bunu cümə axşamı Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 6 müxalifət partiyasının çərşənbə günü keçirilən görüşü haqqında məlumat verərkən deyib.

Onun sözlərinə görə, görüşdə KXCP sədri Mirmahmud Mirəlioğlu AXCP və Müsavat rəhbərləri ilə görüşlərinin nəticələri barədə məlumat verib və həmin partiyaların müxalifətin birliyi ilə bağlı mövqelərini diqqətə çatdırıb. Əliyev bildirib ki, mövqelər o dərəcədə fərqlidir ki, bu fərqlərin aradan götürülməsi üçün uzun zaman tələb olunacaq.

VİP sədri bununla yanaşı, üst-üstə düşən mövqelərin də olduğunu deyib və əlavə edib ki, oxşar mövqelər olduqca azdır.

Əliyev AXCP və Müsavatın bir araya gəlmə ilə bağlı mövqeyi haqqında məlumat verməsə də, qeyd edib ki, VİP heç bir zaman İctimai Palatada təmsil olunmayacaq.

"İctimai Palata AXCP və Müsavatın birgə yaratdıqları qurumdur. Bu qurumun uğurları da, uğursuzluqları da həmin partiyalara məxsusdur", - VİP sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti