...

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri qurumun qərarını qeyri-obyektiv sayır

Siyasət Materials 3 Sentyabr 2011 13:56 (UTC +04:00)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri hesab edir ki, Azərbaycandakı siyasi məhbuslarla bağlı bu qurumda qəbul edilmiş qərar obyektivlikdən uzaqdır.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri qurumun qərarını qeyri-obyektiv sayır

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri hesab edir ki, Azərbaycandakı siyasi məhbuslarla bağlı bu qurumda qəbul edilmiş qərar obyektivlikdən uzaqdır.

"Düşünürəm ki, Avropa Şurası yavaş-yavaş bu məsələni dərk etməyə başlayır. Azərbaycan çox güclü beynəlxalq münasibətlərə malikdir. Biz öz təkliflərimizi konkret şəkildə ortaya qoymuşuq. Demişik ki, bunu yalnız Azərbaycana qarşı tətbiq etmək qeyri-obyektivdir", - Trend-in məlumatına görə, şənbə günü jurnalistlərə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçisi Kristof Ştrosser bu il ölkəmizə səfər edəcək. Səfər zamanı Ştrosserin ölkədə siyasi məhbuslarla bağlı vəziyyəti dəyərləndirməsi və səfərin yekunlarına dair hesabat hazırlaması nəzərdə tutulub.

Seyidovun sözlərinə görə, Azərbaycan AŞPA ilə insan haqları üzrə yüksək səviyyəli əməkdaşlıq edib və bu əməkdaşlığı davam etdirəcək.

"AŞPA-nın oktyabrda başlayacaq sessiyasında bu məsələni qaldıracağıq. Payız sessiyasında Azərbaycanla bağlı birbaşa məsələnin müzakirəsi gözlənilmir. Amma Azərbaycan Avropa məkanının ayrılmaz tərkib hissəsidir. Ona görə də Avropada gedən məsələlər bizi maraqlandırır. O cümlədən biz hər bir sessiyada Dağlıq Qarabağla bağlı məsələni qaldırırıq və bu sessiya da istisna olmayacaq. Bu sessiyada DQ məsələsi eşidiləcək və nümayəndə heyəti bununla bağlı çıxışlar edəcək, sənədlər təqdim edəcək və görüşlər keçirəcək", - millət vəkili əlavə edib.

Xəbər lenti

Xəbər lenti