...

MDB liderləri münaqişələrin həllini vacib hesab edirlər

Siyasət Materials 3 Sentyabr 2011 15:10 (UTC +04:00)
MDB dövlətlərinin liderləri qurumun 20 illik fəaliyyətinin nəticələrinə dair bəyanatda Birlik ərazisində mövcud münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.
MDB liderləri münaqişələrin həllini vacib hesab edirlər

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

MDB dövlətlərinin liderləri qurumun 20 illik fəaliyyətinin nəticələrinə dair bəyanatda Birlik ərazisində mövcud münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verib.

Eyni zamanda, MDB ölkələri rəhbərləri inanırlar ki, mövcud münaqişələrin sülh yolu ilə nizamlanması təşkilatın uğurlu inkişafının mühüm şərti olacaq.

"MDB-nin uğurlu inkişafı üçün mühüm şərt birlik ərazisindəki münaqişələrin qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli olacaq", - şənbə günü Düşənbədə qəbul edilmiş bəyanatda deyilir.

Tərəflər vətəndaşların təhlükəsizliyinin təmini üçün bundan sonra da terrorizm və ekstremizm, qanunsuz miqrasiya və insan alveri, narkotik vasitələrin dövriyyəsi və digər zorakı təzahürlərə qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsini davam etdirmək niyyətindədirlər.

Tərəflər, həmçinin razılığa gəliblər ki, MDB çərçivəsində dünya siyasəti və qarşılıqlı maraq doğuran beynəlxalq problemlərin əsas məsələləri üzrə siyasi məsləhətləşmələr təcrübəsini davam etdirsinlər. MDB dövlət rəhbərləri Avropa təhlükəsizliyi haqqında müqavilə üzrə Rusiya Federasiyasının təklifi də daxil olmaqla, regional və qlobal təhlükəsizliyin qorunması istiqamətindəki təşəbbüsləri faydalı hesab edirlər.

"Birliyin 20 il ərzindəki fəaliyyətinin əsas nəticəsi MDB-nin hər bir iştirakçı dövlətinin milli maraqlarına cavab verən qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafı üçün şərait yaratmaq olub", - bəyanatda deyilir.

Dövlət rəhbərləri vurğulayıblar ki, birliyə daxil olan ölkələrdə seçkilər və referendumlara nəzarətdə MDB-nin nəzarət missiyasının fəaliyyəti dünya birliyində gündən-günə daha geniş tanınır.

Xəbər lenti

Xəbər lenti