...

Azərbaycanda bələdiyyələrin səlahiyyətləri tədricən artırılacaq - Milli Məclis komitəsinin sədri

Siyasət Materials 7 Sentyabr 2011 11:38 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri tədricən artırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə bildirib.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri tədricən artırılacaq - Milli Məclis komitəsinin sədri

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bələdiyyələrin səlahiyyətləri tədricən artırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə bildirib.

Rəhimzadə hesab edir ki, bələdiyyələrin səlahiyyətlərinin artırılması üçün ilk növbədə, bələdiyyələr bu səlahiyyəti qəbul etməyə hazır olmalıdırlar.

"Bələdiyyələrin səlahiyyətləri tədricən artırılacaq. Bu məsələ yalnız bir qanuna deyil, bir neçə qanunvericilik aktına əlavə və dəyişikliklər edilməsi vasitəsilə öz həllini tapa bilər", - Rəhimzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti