...

Bakıda Azərbaycan-Hindistan XİN-lərarası məsləhətləşmələri keçiriləcək

Siyasət Materials 10 Sentyabr 2011 12:14 (UTC +04:00)
Bakıda oktyabr ayında Azərbaycan-Hindistan XİN-lərarası məsləhətləşmələrinin keçirilməsi planlaşdırılır.
Bakıda Azərbaycan-Hindistan XİN-lərarası məsləhətləşmələri keçiriləcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir S.Аğayeva/

Bakıda oktyabr ayında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Azərbaycan-Hindistan XİN-lərarası məsləhətləşmələrinin keçirilməsi planlaşdırılır. Bu barədə cümə günü Trend-ə diplomatik mənbələrdən bildiriblər.

Tərəflər siyasi əməkdaşlığın perspektivləri və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyəti nəzərdən keçirəcəklər.

Azərbaycan və Hindistan arasında diplomatik münasibətlər 1993-cü ildən yaranıb. İlk illərdə bu əməkdaşlıq Hindistanın Türkiyədəki səfirliyi tərəfindən nizamlanırdı. 1999-cu ildə Bakılda Hindistanın Azərbaycandakı səfirliyi fəaliyyətə başladı.

Xəbər lenti

Xəbər lenti