...

SAM-ın eksperti Vaşinqtonda məruzə edəcək

Siyasət Materials 12 Sentyabr 2011 10:57 (UTC +04:00)
Sentyabrın 15-də Vaşinqtonda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində (CSİS) "Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin 20 illiyi: Nailiyyətlər və təhdidlər" mövzusunda konfrans keçiriləcək.
SAM-ın eksperti Vaşinqtonda məruzə edəcək

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Sentyabrın 15-də Vaşinqtonda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində (CSİS) "Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin 20 illiyi: Nailiyyətlər və təhdidlər" mövzusunda konfrans keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Reşad Kərimov tədbirə qatılaraq "Müstəqilliyin 20 ili: Mövcud nəticələr Azərbaycan təcrübəsində" mövzusunda məruzə ilə çıxış edəcək. Trend-in məlumatına görə, bu barədə SAM-ın yaydığı press-relizdə deyilir.

Məlumata görə, Cənubi Qafqaz regionunun geosiyasəti, Dağlıq Qarabağ və digər regional münaqişələr, ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq məsələləri konfransda müzakirə olunacaq.

Konfransda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin, "Heritage" Fondunun Rusiya, Avrasiya və beynəlxalq energetika siyasəti problemləri üzrə aparıcı eksperti, Trend-in Ekspert Şurasının üzvü Ariel Koen, Con Hopkins Universitetinin Orta Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornell və digər siyasətçilər və ekspertlərin iştirakı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti