Prezident İlham Əliyev: Azərbaycanda bütün qabaqcıl texnologiyalar tətbiq edilir (FOTO)

Prezident İlham Əliyev: Azərbaycanda bütün qabaqcıl texnologiyalar tətbiq edilir (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Qobustan rayonuna səfəri çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, 38 hektar ərazidə inşa olunan mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilmişdir. Bu isə ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir.

Prezident İlham Əliyev mərkəzin fəaliyyətini əks etdirən stendlə tanış oldu. Bildirildi ki, poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılmışdır.

Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir necə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər.

Sonra dövlətimizin başçısı idarəetmə mərkəzi ilə tanış oldu. Məlumat verildi ki, burada yaradılan laboratoriyada mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağında təlim və tədris kurslarının təşkili nəzərdə tutulmuşdur. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur.

Ümumilikdə agentlik tərəfindən ölkə ərazisində 21 ölçü-müşahidə stansiyasının tikilməsi nəzərdə tutulmuşdur ki, bunun birincisi Qobustandakı mərkəzdə yaradılmışdır.

Prezident İlham Əliyev mərkəzi işə saldı.

Dövlətimizin başçısı günəş enerjisinin əldə olunması üçün ayrıca sahədə yerləşən panelləri müşahidə etdi, mərkəzin sınaq-təcrübə sahəsi ilə tanış oldu. Azərbaycan Prezidenti mərkəzdə istifadə olunan qurğular, o cümlədən ölkəmizdə istehsalı nəzərdə tutulan foto-elektron panellərin nümunələrinə baxdı, ərazidə yaradılan təcrübə istixanasının fəaliyyəti ilə tanış oldu. Bildirildi ki, burada alternativ enerji ilə istənilən bitkini lazımı temperaturda yetişdirmək mümkündür. Mərkəzdəki 330 kubmetr tutumu olan soyuducu kamerada müsbət 5 dərəcədən mənfi 5 dərəcəyədək temperatur yaradıla bilər.

Poliqonun ərazisini gəzən Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada qurulan işıqlandırma sistemi və istixana alternativ enerji ilə işləyir. Ərazidə birmərtəbəli 10 yaşayış binası da inşa olunmuşdur ki, onların işıqlandırma sistemi günəş enerjisi ilə işləyir. Mərkəzin gücünün gələcəkdə 5,5 meqavata çatdırılması nəzərdə tutulmuşdur.

Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışından sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Qobustanlılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:

- Bu gün Qobustanda çox gözəl və tarixi hadisə baş verir. Mənə verilən məlumata görə, Azərbaycanda, dünyada ilk dəfə olaraq hibrid tipli müasir günəş və külək elektrik stansiyasının açılışını qeyd edirik. Bu, həm Qobustan, həm də ölkəmiz üçün çox gözəl hadisədir. Çünki bu, müasirlikdir, yenilikdir, yeni texnologiyalardır. Biz həm bu texnologiyaları hazırda xaricdən alırıq, eyni zamanda, Azərbaycanda indi tikilməkdə olan günəş batareyaları zavodu da yaxın zamanlarda işə başlayacaqdır. Beləliklə, biz birinci mərhələdə Qobustan şəhərini tam şəkildə alternativ, yəni bərpa olunan enerji ilə təmin etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən şəxsən buna şübhə etmirəm,- ondan sonra biz bu gözəl təcrübəni başqa şəhərlərdə və rayonlarda tətbiq edə biləcəyik. Buraya böyük investisiyalar qoyulubdur. Həm günəş batareyaları quraşdırılıb, həm də külək elektrik stansiyasının fəaliyyəti üçün lazımi avadanlıq gətirilibdir. Eyni zamanda, burada tədris işləri də yüksək səviyyədə təşkil ediləcək, təcrübə mübadiləsi aparılacaqdır. Bir sözlə, Qobustan, hesab edirəm ki, alternativ və bərpa olunan enerjinin istehsalı üçün nəinki Azərbaycanda, bütün bölgədə öz sözünü deyəcəkdir. Qobustan rayonunun imkanları demək olar ki, böyük dərəcədə artacaqdır. Eyni zamanda, hər bir vətəndaş üçün ucuz enerjidən istifadə etmək onun ailə büdcəsinə də böyük dəstək olacaqdır. Çünki bu, həm ucuz, həm bərpa olunan enerjidir. Ümid edirəm ki, yaxın zamanlarda vətəndaşlar da bu stansiyanın səmərəsini və ümumiyyətlə bu yeniliyin imkanlarını lazımınca qiymətləndirəcəklər.

Azərbaycan inkişaf edir. Azərbaycanda bütün qabaqcıl texnologiyalar tətbiq edilir. Ölkəmizdə istənilən sahədə, o cümlədən bizim üçün yeni olan bərpa edilən enerji sahəsində dünyada mövcud olan ən yüksək standartlar tətbiq edilir. Sual yarana bilər: Azərbaycanın zəngin neft-qaz yataqları olduğu təqdirdə nə üçün biz bu işə o qədər böyük maraq göstəririk?! Mən hesab edirəm, məhz o ölkələr ki, təbii ehtiyatlarla zəngindirlər, onlar bu işlərdə qabaqcıl rol oynamalıdırlar. Bizim təbii ehtiyatlarımız vardır. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bu gün nəinki özümüzü, qonşu ölkələri də həm elektrik enerjisi ilə, həm qazla, neftlə təmin edirik. Ancaq biz istəyirik ki, bu işlər daha da səmərəli şəkildə görülsün. Təbii ehtiyatlarımızdan daha da az, bərpa olunan alternativ enerji mənbələrindən isə tam şəkildə istifadə edək. Bu məqsədlə bir müddət bundan əvvəl bərpa olunan enerji üzrə Dövlət Agentliyi yaradılıbdır. Agentliyin işi artıq göz qabağındadır.

Bu, birinci layihədir, planlar çox böyükdür. Mənə bu gün verilən məlumata görə, indi bütün ölkə üzrə müşahidə sistemi quraşdırılır, yerlər müəyyən edilir, harada ki, biz külək və günəş enerjisini istehsal edəcəyik, o yerlər, əlbəttə ki, ümumi enerji şəbəkəsinə yaxın olmalıdır. Eyni zamanda, bu sistem kənd təsərrüfatı üçün yararlı olmayan torpaqlarda quraşdırılmalıdır ki, biz torpağımızdan da səmərəli şəkildə istifadə edək.

Bir daha demək istəyirəm ki, təbii ehtiyatlarımız, xüsusilə son vaxtlar kəşf etdiyimiz böyük qaz yataqları nəinki ölkəmiz üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Bundan sonra ən azı yüz il Azərbaycan həm özünü, həm də digər başqa ölkələri qazla təmin edə biləcəkdir.

Bu sistem isə tam yeni bir yanaşmadır. İndi dünyada ən qabaqcıl təcrübə nədirsə, burada quraşdırılır. Ondan da əlavə, dünya miqyasında birinci hibrid tipli elektrik stansiyasıdır.

Əlbəttə ki, bu ölkəmiz üçün yeni bir təşəbbüsdür. Ancaq mən hesab edirəm ki, bir neçə ildən sonra bu gün burada göstərilən imkanlardan Azərbaycan vətəndaşları səmərəli şəkildə istifadə edəcəklər, o cümlədən Qobustan rayonunun sakinləri də.

Qobustanda indi işlər yaxşı gedir. Burada kənd təsərrüfatının inkişafı üçün vəsait ayrılır.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər verilir. Bu gün yeni taxıl anbarının açılışında iştirak etmişəm. Tingçilik inkişaf edir. Burada kənd təsərrüfatının inkişafı üçün yaxşı imkanlar vardır. O ki qaldı infrastruktur layihələrinə, bu layihələr də icra edilir. Yollar çəkilir və çəkilməlidir. Qazlaşdırma gedir. Yeni qaz xətləri çəkilir, məktəblər tikilir. Burada insanların rahat yaşaması üçün lazım olan bütün işlər görülür.

Mən əvvəlki dövrlərdə də Qobustanda olmuşam. Bu gün də buraya gələrkən görürəm ki, rayonda işlər yaxşı səviyyədə aparılır. Ancaq burada bu gün açılışında iştirak etdiyimiz stansiya Azərbaycan tarixində artıq yerini tutan bir məsələdir, bir layihədir. Burada bu gün yaradılan imkanlar, bir daha demək istəyirəm ki, bir neçə ildən sonra bütün ölkəmizdə özünü büruzə verəcəkdir. İnanıram ki, Azərbaycanın təcrübəsi başqa ölkələrdə də tətbiq olunacaqdır.

Bir daha sizi salamlayıram, sizə uğurlar arzulayıram.

Rayon sakini Qoşqar QARAYEV Qobustana göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

- Möhtərəm cənab Prezident, icazə verin Sizi Qobustan ictimaiyyəti adından salamlayım, sizə "Xoş gəlmisiniz!" deyim. Bütün xalqımız kimi, biz də sevinirik ki, ulu öndərimiz Heydər Əliyevin siyasətini çox uğurla davam etdirirsiniz. Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün paytaxtımızla bərabər regionlarımız inkişaf edir, kəndlərimiz, qəsəbələrimiz abadlaşır, gözəlləşir. Buna görə Sizə təşəkkürümüzü bildiririk, cənab Prezident.

Sizin 2007-ci ildə Qobustana səfəriniz gözümüzün önündədir. Sizin gəlişiniz Qobustana yeni bir nəfəs gətirdi. Bu gün hamılıqla qeyd edə bilərik ki, Sizin gəlişinizdən sonra Qobustanda yeni bir abadlıq, yeni bir infrastruktur işi başlandı. Bu gün də Sizin diqqətiniz nəticəsində bu iş çox sürətlə davam etdirilir. Sizin səfərinizin məntiqi nəticəsi olaraq Qobustana şəhər statusu verdiniz, yeni bir şəhər yaratdınız. Buna görə biz qobustanlılar Sizə minnətdarlığımızı bildiririk.

Cənab Prezident, təbii ki, ölkəmizin hər bir bölgəsində, Siz qeyd etdiniz, su çəkilişi, qaz təchizatı çox sürətlə inkişaf etdirilir. O cümlədən bu inkişaf bizim rayondan da yan keçməmişdir. Neçə illərdir sudan əziyyət çəkən əhalimiz, Qobustan şəhəri və ətraf yeddi kəndimiz Sizin xüsusi göstərişinizlə yaxın günlərdə su ilə təmin olunacaqdır. Bir sıra kəndlərimiz var ki, ən yaxın günlərdə qazla təmin olunacaqdır. Buna görə Sizə təşəkkürümüzü bildiririk.

Fürsətdən istifadə edib demək istəyirəm ki, cənab Prezident, Sizin dünənki çıxışınızı izlədik. Şəxsən mənim üçün çox qürurverici hal oldu. Mənə elə gəlir bütün Azərbaycan vətəndaşları üçün xoş bir haldır ki, son yeddi ildə ümumi daxili məhsulumuz 3 dəfə, yəni 300 faiz artmışdır. Alternativ elektrik enerjisi stansiyasının tikilməsi inkişafımızın, firavan gələcəyimizin bariz göstəricisidir. Yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enmişdir. İqtisadiyyatımız dünyada birinci yerdədir. Buna görə biz Sizə təşəkkür edirik. Çox sağ olun, minnətdarıq. Allah Sizə yar olsun. Allah Sizi qorusun.

Sonda xatirə şəkli çəkdirildi.

Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq
Yay aylarında koronavirusla vidalaşa bilərik - Professor
Bütün xəbərlər