...

Azərbaycan və Bolqarıstan parlamentlərarası dostluq qrupu yaradır

Siyasət Materials 16 Sentyabr 2011 18:08 (UTC +04:00)
Azərbaycan və Bolqarıstan parlamentlərarası dostluq qrupu yaradacaq.
Azərbaycan və Bolqarıstan parlamentlərarası dostluq qrupu yaradır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Bolqarıstan parlamentlərarası dostluq qrupu yaradacaq.

Azərbaycan Bolqarıstan ilə parlamentlərarası əlaqələrə böyük diqqət yetirir və bu istiqamətdə lazımi tədbirləri görməyə hazırdır. Yaxın vaxtlarda bu məqsədlə parlamentlərarası dostluq qrupunun yaradılması planlaşdırılır. Bu barədə Trend-ə cümə günü diplomatik mənbələrdən bildirilib.

Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov iyunda bu məsələni həmin ölkənin Xalq Yığıncağının sədri Tsetska Tsaçeva ilə müzakirə edib.

Parlamentlərin iki ölkə arasındakı münasibətlərin inkişafındakı roluna toxunan səfir deyib ki, bu əlaqələr Azərbaycan-Bolqarıstan əməkdaşlığına müsbət təsir edir. Diplomat parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb və Tsaçevanı Azərbaycana rəsmi səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti