...

Türkiyə xarici kəşfiyyatı gücləndirmək niyyətindədir - XİN rəhbəri

Siyasət Materials 19 Sentyabr 2011 17:18 (UTC +04:00)
Türkiyə ölkənin kəşfiyyat sistemində dəyişikliklər etmək, əsasən də xarici kəşfiyyatı gücləndirmək niyyətindədir.
Türkiyə xarici kəşfiyyatı gücləndirmək niyyətindədir - XİN rəhbəri

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə ölkənin kəşfiyyat sistemində dəyişikliklər etmək, əsasən də xarici kəşfiyyatı gücləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə xarici işlər naziri Əhməd Davudoğlunun bildirib. Məlumatı "CNN Türk" telekanalı yayıb.

Nazirin sözlərinə görə, Xarici İşlər Nazirliyi və kəşfiyyat ölkədə sıx əməkdaşlıq edəcək.

O, həmçinin bildirib ki, kəşfiyyat xidmətinin rəhbəri müavininin müşaviri vəzifəsinə səfir təyin olunacaq.

Xəbər lenti

Xəbər lenti